“Çelsi” klubunun baş məşqçisi Frenk Lempard UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində bu gecə “Ayaks”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, Lempard, görüşlə bağlı bunları deyib:
“Oyunun səviyyəsini və “Ayaks”ın necə təhlükəli olduğunu başa düşməliyik. İlk turdakı məğlubiyyətdən sonra iki qələbə ilə yaxşı reaksiya göstərdik. Pley-off mərhələsinə yüksəlmək istəyirik. Ancaq bunun üçün növbəti oyunlara yaxşı hazırlaşmağımız lazımdır”.
Qeyd edək ki, oyun bu gecə saat 00:00-da start götürəcək.