İspaniya Futbol Federasiyası "Betis"in hücumçusu Antoninin La Liganın son turunda "Xetafe" ilə görüşdə aldığı qırmızı vərəqəni ləğv edib.
Offsideplus.az xəbər ki, braziliyalı futbolçunun 90+5-ci dəqiqədə rəqibə qarşı arxadan həmləsi hakimin qeyd etdiyindən fərqli olaraq, "kobud oyun"dan "təhlükəli oyun"a dəyişdirilib.
Beləliklə, Antoni cəzadan yaxasını qurtara bilib. O, La Liganın növbəti turunda Madrid "Real"ına qarşı forma geyinə bilər.
Xatırladaq ki, Antoni uğursuz karyeradan sonra ötən ay "Mançester Yunayted"dən "Betis"ə icarəyə verilib. İstedadlı hücumçu yeni komandasında 4 oyuna 3 qol vurub, 2 assist edib.