İngiltərə Futbol Assosiasiyaları fevralın 12-də Premyer Liqanın XV turu çərçivəsində keçirilmiş "Everton" - "Liverpul" (2:2) matçındakı dava ilə bağlı qərarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, insidentdə ən çox qonaqların baş məşqçisi Arne Slot günahlandırılır.
Onun özünü vəziiyyətə uyğun aparmadığı, görüşün final fitindən sonra hakimlərin ünvanına təhqiredici sözlər işlətdiyi bildirilir. Bu səbəbdən "Liverpul"un baş məşqçisi 2 oyunluq diskvalifikasiya edilib, 80 min funt-sterlinq cərimələnib.
Arne Slotun köməkçisi Sipke Xalsxoff da eyni cəzaya məruz qalıb.
Həmçinin "Everrton" və "Liverpul" klubları müvafiq olaraq, 60 min və 78 min funt-sterlinq cərimə ödəməli olacaqlar.
Qeyd edək ki, sözügedən oyunda qonaqlar son saniyələrdə - 90+8-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Görüş bitən kimi meydançada kütləvi dava başlayıb.