"Qalatasaray"ın futbolçusu Mauro İkardi Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) cəlb edilib.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz "Qalatasaray" - "Fənərbağça" oyunundan əvvəl akkreditasiyasız meydançaya daxil olub. "Təlimatlara qarşı hərəkət" səbəbilə İkardi cəzalandırılacaq. Bundan əlavə, "Cim-Bom"un baş məşqçisi Okan Buruk isə "Futbolun etibarını zədələmə yönündə açıqlamalar"a görə cərimələnəcək.
Qeyd edək ki, derbi 0:0 hesabla başa çatıb. Mauro İkardi sözügedən görüşdən əvvəl "RAMS Park"da gəzmiş və azarkeşlərə "üçlü" çəkdirmişdi.
Xatırladaq ki, 32 yaşlı hücumçu zədəlidir.