Yaxın keçmişin məşhur futbolçusu, hazırda İtaliyanın "Komo" klubunu çalışdıran Sesk Fabreqas birdən-birə 4 komandanın maraq dairəsinə düşüb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı məşqçi üçün müştərilər arasında ən real namizəd "Mançester Siti"dir. "Şəhərlilər" uğursuzluq fonunda istefası gündəmə gələn baş məşqçi Xosep Qvardiolanı Faqreqasla əvəzləyə bilərlər.

Bundan başqa, "Barselona", "İnter" və "Milan" rəhbərlikləri də 37 yaşlı çalışdırıcının fəaliyyətini yaxından izləyirlər.

Qeyd edək ki, Fabreqas karyerasını 2 il öncə məhz "Komo"da başa vurub.O, daha sonra klubda U-19-un baş məşqçisi və əsas komandanın çalışdırıcısı vəzifələrini tutub. "Komo" hazırda İtaliya A seriyasında 20 komanda arasında 13-cü pillədə qərarlaşıb.