Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax tutduğu vəzfədən istefa verib. 

Offsideplus.az xəbər verir ki, onun istefa ərizəsi qəbul olunub.

BOK-ya yeni prezident seçkiləri 18-21 mart aralığında Yunanıstanın paytaxtı Afinada keçiləcək hesabat konfransında baş tutacaq.

Namizədlər siyahısında 7 şəxs: Feysal Əl-Hüseyn (İordaniya), Sebastyan Kou (Böyük Britaniya), Kirsti Koventri (Zimbabve), Xuan Antonio Samaranç (İspaniya, təşkilatın sabiq prezidentinin oğlu), Yohan Eliaş (İsveç), David Lapartyan (Fransa) və Morinari Vatanabe (Yaponiya) yer alır. 

Tomas Bax prezident səlahiyyətlərini yeni rəhbərə iyunun 23-dən sonra təhviil verəcək.

Almaniyalı idman xadimi 2013-cü ildən BOK-un prezidenti vəzifəsini tutur. O, bu təşkilatın rəhbəri olan ilk olimpiya çempionudur (qılıncoynatma üzrə, 1976-cı il).