"Mançester Siti"nin ulduzu "Atletiko"nun "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, paytaxt klubu Mateo Kovaçiçin xidmətində maraqlıdır. Bu barədə "CoughtOffside" məlumat yayıb.
İspanların Mateonun performansını diqqət mərkəzində saxlayıb yay "transfer pəncərəsi"ndə "şəhərlilər"ə təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 31 oyuna çıxıb və 5 qola, 1 məhsuldar ötürməyə imza atıb.