“Liverpul” klubunun ulduz futbolçusu Vircil van Deyk Çempionlar Liqasında 2018/2019 mövsümünün ən sürətli oyunçusu olub.
Offsideplus.az xəbər verir ki, hollandiyalı müdafiəçinin Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə ilk matçda sürəti saatda 34.5 kilometr olub. “Mançester Siti”nin futbolçusu Leroy Sane (34.4) ikinci, "Mançester Siti"nin oyunçusu Kayl Uoker (34.2) üçüncü olub.
Qeyd edək ki, Vircil van Deyk Avropada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib