Bernardo Silva bu yay "Mançester Siti"dən ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu özünü Premyer Liqadan başqa yerdə sınamağı planlaşdırır.
Bu barədə "Football Insider" portalı məlumat yayıb.
Silva 2017-ci ildən "şəhərlilər"də çıxış edir. O, klubun heyətində 395 oyuna çıxıb.
Portuqaliyalı "Mançester Siti" ilə 1 dəfə Çempionlar Liqasının, 6 dəfə isə İngiltərə Premyer Liqasının qalibi olub.