UEFA Çempionlar Liqasının qalan oyunlarını azarkeşsiz və neytral məkanlarda keçirə bilər.
Offsideplus.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, səbəb Fransa hökumətinin ən az sentyabrın 1-dək ölkədə heç bir peşəkar futbol oyununa icazə verməməsidir.
Bu halda oyunlar Almaniya Bundesliqasındakı kimi sərt tədbirlər altında təşkil olunacaq. PSJ prezidenti Naser əl-Xəlayfi isə neytral meydanda oynamağa hazır olduqlarını açıqlayıb.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/4 finalında mübarizə aparacaq.