Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda növbəti oyunda çıxıb.

Offsideplus.az xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən yarışın Albaniya ilə qüvvəsini sınayıb.

Komandamız rəqibi 18:11 hesabı ilə məğlub edib. Bu qələbə basketbolçularımıza qrup mərhələsini lider kimi başa vurmaq imkanı verib. Millimiz yarımfinalda İrlandiya - Albaniya cütünün qalibi ilə üz-üzə gələcək.

Yığmamız turnirdə keçirdiyi ilk 3 matçda Ermənistan (21:9), Kosova (14:10) və Kipr (21:16) komandalarınız məğlub edib.

Avropa kuboku
Təsnifat mərhələsi
B qrupu

9 iyun
14:50. Azərbaycan – Albaniya - 18:11