“Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında 5-ci turun oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, hazırda A qrupuna 4.5 xalla iranlı Sina Movahed başçılıq edir. 

Təmsilçilərimizdən Rauf Məmmədov, Murad İbrahimli, Aydın Süleymanlı, Vüqar Əsədli, Read Səmədov, Nicat Abasov liderdən yarım xal geri qalaraq 4-9-cu yeri bölüşürlər.

B qrupunda isə 5 xalla Elgün Xanalizadə liderdir. Kamran Babayev, Nihad Əhmədli, Uğur Mirzəyev, Əkbər Mirzəyev, Əhməd Hüseynov, Xanlar Allahverdiyev Elgündən 0.5 xal geri qalır.

Turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan zəka sahibləri iştirak edirlər.

Yarışın ümumi mükafat fondu isə 50 000 ABŞ dollardır.