Dünya Boks Şurasının rəhbəri Mauritsio Süleyman maraqlı açıqlama ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, qurum rəsmisi Aleksandr Usiklə Tayson Fyuri arasında baş tutan görüş haqda danışıb:
"Düşünürdüm ki, bu ili yüksək notlarla başa vurmaq üçün əla döyüş olacaq. Tayson Fyuri hələ çox şeyə qadirdir. Üçüncü döyüşün olmasını istəyirəm? Əlbəttə! İlk döyüş çox dramatik oldu. İkincidə isə yüksək temp, texnika və strategiyanın şahidi olduq. Onlar 10, 20 dəfə döyüşə bilərlər. Döyüşlər demək olar ki, eyni səviyyədə olacaq".
Qeyd edək ki, qarşılaşma Aleksandr Usikin xeyrinə başa çatıb (116-112, 116-112, 116-112).