"Sevilya" "Qarabağ"ın üzvü Olavio Juninyodan əl çəkmir.
Offsideplus.az xəbər verir ki, La Liqa klubu hücumçu üçün Ağdam təmsilçisinə növbəti təklifi etməyə hazırlaşır. Məlumatı “Vamos Mi Sevilla” nəşri yayıb.
Həmkarlarımızın iddiasına görə, "Sevilya" "köhlən atlar"a 3-5 milyon arasında təklif irəli sürəcək.
Klublar razılıq əldə edərsə, "Sevilya" oyunçu ilə 2 illik müqavilə imzalayacaq.