Beynəlxalq dərəcəli hakim Elçin Məsiyev FİFA kateqoriyasında yüksəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Əvvəllər II kateqoriyada olan Məsiyev 1-ə yüksəlib. Bununla da, Azərbaycan futbolu tarixində ilk yaşanıb. Belə ki, əvvəllər Əliyar Ağayev də I kateqoriyaya yüksəlmişdi. İlk dəfədir ki, 2 hakimimiz burada yer alacaq.

Digər referimiz Kamal Umudlu isə II kateqoriyada yer alacaq.