Ağır çəkidə boks üzrə sabiq dünya çempionu Mayk Tayson növbəti döyüşünün vaxtını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, mayın 29 və ya 31-də Mayamidə yenidən rinqə çıxacağını bildirib.

"Dəmir Mayk" ləqəbli amerikalı döyüşçü rəqibinin kim olacağını hələlik gizli saxlayır.

Xatırladaq ki, Taysonun son döyüşü ötən ilin noyabr ayında baş tutub. O, yarımağır çəkidə keçmiş dünya çempionu Roy Cons ilə qarşılaşıb və 8 raundluq döyüş heç-heçə ilə yekunlaşıb.