“Fənərbağça” "Barselona"nın Robert Levandovskini əldə etmək üçün səylərini artırıb.

Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, polşalı ulduzun “Fənərbağça”ya cavabı da məlum olub.

Türkiyə təmsilçisi 37 yaşlı hücumçuya bir il yarımlıq təklif edib.

Digər tərəfdən, Levandovski "Fənərbağça"da iki il yarımlıq müqavilə istəyib. 

2026-cı ildə sonuncu Dünya Kubokunda oynamaq istəyən ulduz hücumçunun"Barselona"dan ayrılması ehtimalı var.

Qeyd edək ki, bu mövsüm La Liqada 9, Çempionlar Liqasında isə 3 oyun keçirən Robert Levandovski 569 dəqiqə meydanda olub və 7 qol vurub.