"Fənərbağça" klubu transferdə sürəti artırıb.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" Leroy Saneyə rəsmi təklifini göndərib. İstanbul təmsilçisi bununla da kiyafətlənməyib. 

Klubun rəhbərliyi Kevin De Brüyne ilə danışıqlar aparır.

Bu barədə türkiyəli jurnalist İbrahim Seten məlumat yayıb.

"Fənərbağça" belçikalı futbolçu üçün bütün imkanlarını istifadə edəcək. 1 həftə əvvəl De Brüynenin "Napoli" ilə razılaşdığı deyilsə də, bu keçid hələ rəsmiləşməyib.

İstanbul klubu artıq ona rəsmi təklifini edib və cavabını gözləyir.

Qeyd edək ki, həm Sane, həm də De Brüynenin klubları ilə müqaviləsi başa çatıb və azad agentdirlər.