Türkiyə Super Liqasının sonuncu - 36-cı turunda "Fənərbağça" "Konyaspor"la qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" rəqibi 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Beləliklə Joze Mourinyonun kollektivi 2024-25 mövsümünü 84 xalla ikinci yerdə başa vurub.

Kadıköydə oynanılan matçda "Fənərbağça" azarkeşlərinin klubu "cəzalandırması" diqqət çəkib. 50 000-ə yaxın tamaşaçı tutumu olan "Şükrü Saracoğlu" stadionuna 6,764 azarkeş gəlib.

Qeyd edək ki, "Fənərbağça" cari mövsümü titulsuz başa vurub. Komanda ümumilikdə 56 oyuna çıxıb, 35 qələbə qazanıb, 12 heç-heçə edib və 9 dəfə məğlub olub.