"Qalatasaray"ın futbolçusu Yunus Akgün əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə "sarı-qırmızılar" rəsmi saytından məlumat yayıb. Türkiyəli vingerin əməliyyatı uğurlu keçib.

Bir neçə aydır zədəli-zədəli oynayan Y. Akgün "Qalatasaray" çempionluğunu elan edəndən sonra bıçaq altına yatıb.

O, cari mövsüm bütün turnirlərdə 44 oyunda 12 qol vurub və 14 məhsuldar ötürmə edib.