"Qalatasaray" yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"ın gündəminə gələn futbolçulardan biri də Zuriko Davitaşvilidir.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Davitaşvili ötən ilin yayından "Sent-Etyen"də çıxış edir. O, cari mövsüm Liqa 1-də 33 oyunda 9 qol vurub.
24 yaşlı vinger Gürcüstan yığmasında isə 46 oyunda meydanda olub və 6 qol vurmağı bacarıb.
Transfermarkt portalına görə onun bazar dəyəri 10 milyon avrodur.



