"Qalatasaray" klubu 25-ci dəfə Türkiyə çempionu olub.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Super Liqanın 36-cı turunda "Kayserispor" 3:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.
Okan Burukun yetirmələri ardıcıl 3-cü dəfə bu sevinci yaşayıb.
"Qalatasaray" eyni zamanda 5-ci ulduzu əldə edib və Türkiyədə bunu bacaran ilk klub olub.
Əlavə edək ki, Super Liqada hər 5 çempionluğa 1 ulduz verilir. Onların əzəli rəqibləri "Fənərbağça" və "Beşiktaş"ın isə 3 ulduzu var.