Türkiyənin "Göztepe" klubunun hücumçusu Romulo ilə Avropadan bir çox klub maraqlanır.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçunu "Roma", "Monako", "Ayaks" və "Feyenoord" yaxından izləyir. Onun bu yay İzmir təmsilçisindən ayrılacağı gözlənilir.
Bu barədə Türkiyənin "DHA" xəbər agentliyi məlumat yayıb.
"Göztepe" onun üçün 15 milyon avro və bundan artıq məbləğləri qəbul edəcək.
Romulo cari mövsüm 31 oyunda 15 qol vurub və 10 məhsuldar ötürmə edib.