"Beşiktaş" klubu "Herta"nın futbolçusu Fabian Reze ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı vingerin Berlin klubu ilə 2028-ci ilə qədər müqaviləsi var. "Herta" ona ömürlük sözləşmə təklif etmək istəyir.
Bu barədə "Kicker" nəşri məlumat yayıb.
Reze 2023-cü ildən Berlin təmsilçisində çıxış edir. O, cari mövsüm Bundesliqa 2-də 17 oyunda 10 qol vurub.