"Qalatasaray" "Mançester Siti"nin ulduz futbolçusu Bernardu Silva ilə əlaqəyə keçib.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb. Klubun nümayəndələri portuqaliyalı futbolçunun agenti ilə əlaqə saxlayaraq, 3+1 illik müqavilə təklif edib. B.Silva isə cari mövsümün sonunda ona gələcək bütün təkliflərdən sonra qərar verəcəyini bildirib.
Bundan əlavə, 30 yaşlı oyunçu "Qalatasaray" klubunda hazırda oynayan və daha əvvəl oynamış futbolçularla əlaqə saxlayıb, "Cim-Bom" barədə maraqlanıb.
Qeyd edək ki, 2017-ci ildən "şəhərlilər"in formasını geyinən yarımmüdafiəçinin klubla sözləşməsinin müddəti 2026-cı ilin yayında yekunlaşacaq.