Türkiyə Super Liqasının XXXII turunda "Fənərbağça" "Kayserispor"a qarşı oyunda xal itirib.
Offsideplus.az xəbər verir ki, 3:3 hesabı ilə yekunlaşan oyunda "sarı-lacivərtlər"in heyətində Anderson Talişka (36, 79) və Allan Sent-Maksimin (64) fərqlənib. "Kayserispor"da isə 7-ci dəqiqədə Ramazan Çivelek, 48-ci dəqiqədə Dominik Livakoviç öz qapısına, 90+4 dəqiqədə isə Talha Sarıarslan qol vurub.
Bununla da turnir cədvəlində Joze Mourinyonun komandası xallarının sayını 72-yə çatdıraraq "Qalatasaray"dan 5 xal geridə qalıb. "Kayserispor" isə 37 xalla 13-cü dür.
Videonu təqdim edirik: