"Beşiktaş"ın martın 29-da Bakı vaxtı ilə saat 21:30-da "Qalatasaray"a qarşı oyunu şərh etməsi üçün məşhur hakim gətirəcəyi ilə bağlı məlumat vermişdik.
Offsideplus.az NTV Spor-a istinadən xəbər verir ki, sözügedən sabiq ədalət qoruyucusunun kimliyi bəlli olub. "Qara-bəyazlar" Urs Mayoru "Tüpraş stadionu"na gətirəcək. Bundan əlavə, bir türk hakim də əlavə olaraq oyunu izləyəcək.
Qeyd edək ki, qarşılaşmanın idarəsi türk hakim Yasin Kola həvalə olunub.