“Beşiktaş” 16 yaşlı gürcü futbolçunu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, “Beşiktaş” Gürcüstanın “Dinamo” klubunda çıxış edən 16 yaşlı istedadlı futbolçu Saba Karebaşvilini transfer etmək istəyir. Türkiyə təmsilçisi gənc oyunçunun potensialını yüksək qiymətləndirir və onunla uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.
Məlumata görə, “Beşiktaş” artıq futbolçunun klubu ilə danışıqlara başlayıb. “Dinamo” rəhbərliyi Saba Karebaşvilinin komandadakı rolunu nəzərə alaraq bu transferə ehtiyatla yanaşır.
Qeyd edək ki, Karebaşvili öz yaş kateqoriyasında Gürcüstanın ən perspektivli oyunçularından biri hesab edilir.