İstanbulun "Qalatasaray" klubunun belçikalı futbolçusu Dris Mertens İtaliyanın Neapol şəhərinin fəxri vətəndaşı olacaq.

Offsideplus.az xəbər verir ki, bununla bağlı tədbir bu il iyunun 6-da keçiriləcək.

37 yaşlı hücumçuya fəxri vətəndaş statusunu Neapol şəhər bələdiyyəsinin sədri verəcək.

Mertens 2013-2022-ci illərdə Neapolun fəxri olan "Napoli"nin şərəfini qoruyub və yerli əhalinin sevgisini qazanıb.