Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində baş tutacaq "Beşiktaş" - "Qalatasaray" oyununa əcnəbi hakimin gətirilməsi gündəmdədir.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu barədə rəsmi açıqlama verməsə də, oyunun Benoit Bastienə həvalə olunması gözlənilir. İddialara görə, 29 mart Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək qarşılaşmaya Liqa 1, Çempionlar Liqası və Avropa Liqası oyunlarını idarə edən fransız hakimlik edəcək. 

1983-cü il təvəllüdlü referi 2009-cu ildən ədaləti qoruyur, 2014-cü ildən bəri beynəlxalq arenada fit səsləndirməyə başlayıb. Onun 2016-cı ildə "Mançester Yunayted" - "Fənərbağça" oyununa hakimlik etməsi diqqət çəkir.