"Qalatasaray" ulduz futbolçunu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" Qranit Cakanı heyətinə qatmaq niyyətindədir. Bu barədə "Todofichajes" məlumat yayıb.
"Sarı-qırmızılar" təcrübəli yarımmüdafiəçi üçün yay "transfer pəncərəsi"ndə "Bayer Leverkuzen"ə cəlbedici təklif irəli sürməyə hazırlaşır.
Qeyd edək ki, isveçrəli oyunçu 2024/25 mövsümündə "Bayer" forması ilə 40 oyuna çıxıb və 2 qola, 7 məhsuldar ötürməyə imza atıb.