"Eyüpspor"un baş məşqçisi Arda Turana Avropadan təklif gəlib.

Offsideplus.az xəbər verir ki, "Şaxtyor" təcrübəli mütəxəssisi komandanın "sükanı arxası"na gətirmək istəyib. Bu barədə "Ajansspor" məlumat yayıb.

Tərəflər arasında danışıqlar uğursuzluqla nəticələnib.

Qeyd edək ki, 38 yaşlı çalışdırıcının Türkiyə klubu ilə mövsümün sonuna qədər müqaviləsi mövcuddur.