Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Şenol Güneş bu gün istefaya göndərilə bilər.

Offsideplus.az xəbər verir ki,  72 yaşlı çalışdırıcının taleyi bu gün komandanın axşam məşqindən öncə rəhbərliyin keçirəcəyi iclasda müzakirəyə çıxarılcaq.

Nəticələrdən narazı qalan "Trabzon" rəsmilərinin Ş.Günəşlə əməkdaşlığı dayandıracağı istisna deyil.

İstefa məsələsi Türkiyə Superliqasının axırıncı turunda "ev"də autsayder "Hatayspor"a (1:2) məğlubiyyətdən sonra gündəmə gəlib. Belə ki, Trabzon təmsilçisi ağır məğlubiyyətə görə özünü çətin duruma salıb. Şenol Günəşin yetirmələri cari mövsüm nəinki medalçılar sırasına düşməyi bacarmayacaqlar, hətta Superliqadakı yerlərini itirə də bilərlər. Hazırda 10-cu sırada qərarlaşan komandanı "təhlükəli zona"dan cəmi 5 xal ayırır.