Türkiyə Super Liqasının XXVII turu çərçivəsində "Qalatasaray" səfərdə "Alanyaspor" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, oyunda hesabı 23-cü dəqiqədə meydan sahibləridən Tonni Vilhena açıb. 51-ci dəqiqədə Fidan Aliti topu öz qapısına göndərib. Nəticədə hesab bərabərləşib. 82-ci dəqiqədə Viktor Osimhen "Cim-Bom"un qələbə qolunu vurub.

Matç İstanbul nəhənginin 1-2 üstünlüyü ilə yekunlaşıb.

Oyunda vurulan qolları təqdim edirik: