"Fiorentina"dan "Fənərbağça"nın təklifinə rədd cavabı gəlib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" Sofyan Amrabatın satınalma şərtinə endirim istəyib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Lakin İtaliya klubu məbləği 12 milyon avro olaraq saxlayıb.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi ötən ilin avqust ayından etibarən icarə əsasında İstanbul nəhənginin formasını geyinir. Mövsümün sonunda Amrabatın icarə müqaviləsinin müddəti başa çatacaq.