"Fənərbağça"nın rəqibi "Reyncers"də çıxış edən İanis Haqi matçdan əvvəl təşkil olunan mətbuat konfransında açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Hagi, "Onun adı "Fənərbaxça" və "Qalatasaray"da hallanır. Ola bilsin, hazırda "Reyncers"də karyerası haqda düşünür, amma gələcəkdə bir gün doğulduğu ölkəyə qayıtmağı düşünürmü?" sualına belə cavab verdi:

"Hazırda gələcəyim haqqında danışmağı düzgün hesab etmirəm. Hazırda bütün diqqətimi "Reyncers" və "Fənərbaxça" oyununa yönəltmişəm. Keçən il yenidən Avropada oynayacağımı gözləyirdim. Sabahkı oyun üçün çox həyəcanlıyam, ona görə də gələcəyim haqqında danışmağın mənası yoxdur. Futbolda hər şey çox tez dəyişir".