En-Nesri "Fənərbağça" forması ilə karyerasında bir ilkə imza atdı.
Offsideplus.az xəbər verir ki, Ziraat Türkiyə Kubokunda "sarı-lacivərtlilər" səfərdə "Qaziantep" ilə qarşılaşıb.
En-Nesri bu görüşdə iki qolun müəllifi olub. Bu mövsüm 25 qol və 4 məhsuldar ötürmə edən mərakeşli futbolçu karyerasında ilk dəfə bir mövsüm ərzində 29 qolun vurulmasında bir başa iştirak edib.
Qeyd edək ki, B qrupunda baş tutan "Qaziantep" - "Fənərbağça" görüşü qonaqların 1-4 hesablı qələbəsi ilə başa çatıb.