Okan Buruk "Qalatasaray" - "Fənərbağça" oyunundan sonra mətbuat konfransında Joze Mourinyo ünvanına ağır sözlər deyib. 

Offsideplus.az xəbər verir ki, "Cim-Bom"un baş məşqçisi portuqaliyalı mütəxəssis barədə məşhur "The Crying One" atmacasını xatırladıb.

"Bir az çox çəkdi "Crying One"nın ("Ağlayan biri") danışmağı. Bilirsiz, ağlamağıyla məşhurdur. Yenə burda uzun-uzun ağladı. İçəridə ağladı, hakim otağına girdi, ağladı... Ağlamağa davam etsin".

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb.