Türkiyə Super Liqasının XXV turu çərçivəsində "Eyüpspor" "Beşiktaş"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyunda qapılara dörd qol vurulub.
Matçda hesabı 1-ci dəqiqədə meydan sahibləri açıb. 18-ci dəqiqədə Rafa Silva qarşılaşmaya tarazlıq gətirib. İlk hissəyə əlavə edilmiş ikinci dəqiqədə Raşitsa komandasını önə çıxarıb. Semih Kılıçsoy 60-cə dəqiqədə üçüncü topu rəqib qapısından keçirib.
Görüş "qartallar"ın 3-1 hesablı qələbəsi ilə başa çatıb.