"Fənərbağça"nın türk ulduzu komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" Cengiz Ünderi icarəyə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu mövsümün sonuna qədər MLS-dən "Los Anceles"in formasını geyinəcək.
2024/25 mövsümündə yetəri qədər oynamaq şansı qazana bilməyən Cengiz İstanbul nəhənginin heyətində 9 qarşılaşmaya çıxıb və cəmi 252 dəqiqə meydanda olub. Ünder bu müddət ərzində fərqlənməyi bacarmayıb.