Türkiyənin "Beşiktaş" klubu hücumçu Çiro İmmobiledən canını qurtarmaq istəyir.

Offsideplus.az xəbər verir ki, italiyalı futbolçunun son vaxtlar zəif təsir bağışlaması məşqçilər korpusunun səbr kasasını daşırıb. Belə ki, 35 yaşlı hücumçu 2025-ci ildə forma geyindiyi 9 matçda cəmi 1 qol vurub.

İmmobilenin məhsuldarlığının aşağı olması yeni baş məşqçi Ole-Qunner Sulşeri də narahat edir. Türkiyə mətbuatının yazdığına görə, rəhbərlik yayda futbolçu ilə vidalaşacaq. Bununla da, illik 6 milyon avroluq maaş öhdəliyindən yaxa qurtarmaq mümkün olacaq. Əvəzində, komandaya faydalı bir hücumçunun cəlb edilməsi planlaşdırılır.

Xatırladaq ki, İmmobile "Beşiktaş"a 2024-cü ilin iyulunda "Latsio"dan keçib.