Türkiyə Super Liqasının XXIV turu çərçivəsində "Qalatasaray" səfərdə "Rizespor" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, oyun qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 47-ci dəqiqədə Viktor Osimhen açıb. Meydan sahibləri 54-cü dəqiqədə qarşılaşmaya tarazlıq gətirib. Osimhen 86-cı dəqiqədə həm özünün, həm də komandasının ikinci qolunu vurub.
"Sarı-qırmızılar" növbəti 3 xalla liderliklərini daha da möhkəmləndirib.