"Beşiktaş" futbolçusu ilə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, "qartallar" gənc ulduz Mustafa Erhan Hekimoğlu ilə yeni kontrakt imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən Hekimoğlu 2027/28 mövsümünün sonuna qədər "ağ-qaralar"ın formasını geyinəcək.

Qeyd edək ki, İstanbul nəhənginin heyətində 2024/25 mövsümündə 20 oyuna çıxan Mustafa 1 qola və 1 məhsuldar ötürməyə imza atıb.