Ötən mövsüm Braziliyanın "Braqantino" klubuna icarəyə göndərilən Linkoln Henrike "Fənərbağça"ya geri dönüb.

Offsideplus.az xəbər verir ki, oyunçu yenidən icarəyə gedə bilər.

Barış Yurdusevenin məlumatına görə, Acun İlicalı futbolçunu icarə əsasında "Hull Siti"nin heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, Linkoln "Braqantino"nun forması ilə 49 oyuna çıxıb və 5 qola, 4 məhsuldar ötürməyə imza atıb.