"Qalatasaray"dan ayrılacağı gözlənilən Hakim Ziyeş daha bir klubun "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu ilə Səudiyyə Ərəbistanı komandası olan "Əl-Fateh" maraqlanır. Bu barədə Fransa mediasından "Bladi" məlumat yayıb.

Mərakeşli oyunçunun eyni zamanda Premyer Liqadan "İpsviç Taun", "Vulverhempton", Liqa 1-dən isə "Nitsa" ilə də adı hallanır.

Qeyd edək ki, Ziyeş "sarı-qırmızılar"ın heyətində 34 rəsmi oyuna çıxıb və 8 qola, 5 məhsuldar ötürməyə imza atıb.