"Qalatasaray" klubunun avrokubok oyunları üçün SOCAR-dan əldə etdiyi gəlir bəlli olub. 

Offsideplus.az xəbər verir ki, klubun avrokuboklarda rəsmi titul - forma sponsoru olan SOCAR "sarı-qırmızılar"a 15 milyon avro ödəniş edir. Bu barədə klubun sponsorluq gəlirləri barədə KAP-a (İctimaiyyəti Məlumatlandırma Platforması) hesabatında qeyd olunub.

Qeyd edək ki, SOCAR 2023-cü ilin iyul ayından "Cim-Bom"un sponsorudur. Tərəflər arasında müqavilənin müddəti 2025-26 mövsümünün sonunda başa çatacaq.