Son günlərdə adı bir çox klubla hallanan "Qalatasaray"ın ulduzu iddialara nöqtə qoyub.
Offsideplus.az xəbər verir ki, Kerem Demirbay "Sky Sports"a müsahibəsində karyerasını "Qalatasaray"da bitirmək istədiyini bildirib:
"Hazırda klub dəyişdirməyi düşünmürəm. Çünki burda özümü çox yaxşı hiss edirəm. Ailəm də həmçinin çox rahatdır. Komandamla bir illik müqaviləm var. Kontraktı uzadıb burda qalmağı düşünürəm. Almaniyaya dönmək istəmədiyimdən deyil. Xəyalım karyeramı "Qalatasaray"da başa vurmaqdır. Arzum budur və gerçəkləşəcəyini bilirəm".