"Beşiktaş"ın rəhbərliyində bir neçə şəxs istefa verib.
Offsideplus.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.
Klubun vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media kommunikasiya qrupu koordinatoru Okay Karaca və rabitə meneceri İşıl Zeybek vəzifələrini tərk ediblər.