"Qalatasaray"ın qolkiperi Fernando Muslera "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo haqda sərt ifadələr səsləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb. Təcrübəli qapçı bunları söyləyib:

“Onun türk futbolunu aşağılamasından və bəzi hakimlərə hücum etməsindən narahatam. 14 il ərzində ilk dəfə olaraq özümü bu cür danışmağa məcbur hiss etdim. 14 ildə 17 kubok qazandım. Verdiyim töhfələri nəzərə alsaq, türk futbolunu inkişaf etdirmək mənim daimi məqsədimdir. Dörd ay əvvəl bura gələn Mourinyu Türkiyə futbolunu tənqid edib. Bəyənmirsə, gedə bilər”.