"Qalatasaray" dövrələrarası fasilədə yeni transferini icarəyə göndərə bilər.

Offsideplus.az xəbər verir ki, Elias Jelert gözlənilən nəticəni verməyib. Bu barədə "Fanatik" məlumat yayıb.

21 yaşlı danimarkalının performansını yüksəltməyəcəyi təqdirdə qış "transfer pəncərəsi"ndə başqa komandaya icarəyə veriləcəyi qeyd olunub.

Xatırladaq ki, oyunçu "Kopenhagen"dən "sarı-qırmızılar"a 9 milyon avroya transfer olunub.